<?xml version="1.0" encoding="UTF-8"?><song><hymn_number>243</hymn_number>
<title>Məsihi bir insan nə bəxtiyardır İL243</title>
<lyrics>[V1]
 Məsihi bir insan nə bəxtiyardır,
 İsada əbədi həyatı vardır.
 Getdiyi dar yolu daşlı, tikanlı,
 Bu yolun sonunda bir tacı vardır.

[C1]
   İsanın səsinə inad etməyən,
   Günah dünyasında günah etməyən,
   İsanı izzətlə Göydən gözləyən
   Məsihi bir insan nə bəxtiyardır.

[V2]
 Allahda yaşayıb səmərə verən,
 Ürəkdən Allaha şükürlər edən
 Xilas olacaq Məsih gələndə,
 Məsihi bir insan nə bəxtiyardır.

[V3]
 Rəbbin qüdrətini inkar etməyən,
 Günahlı işlərdən artıq əl çəkən,
 Allahın yolunda daim yeriyən
 Məsihi bir insan nə bəxtiyardır.</lyrics>
</song>